MARZ MMC 2008-ci il 20 avqust tarixində Azərbaycan Respublikası Vergilər nazirliyində qeydiyyatdan keçmişdir. Şirkətin yaranmasının əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən şirkət və təşkiilatlara yanğın mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti, təmiri və satışı sahəsində xidmət göstərməkdir. Yarandığı gündən yüzlərlə quruma yanğın mühafizəsi sahəsində yüksək keyfiyyətli xidmət göstərilmişir.
4 iyul 2016-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən şirkətimizə “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmirini” həyata keçirməsinə icazə verən 089558 nömrəli lisenziya verilmişdir.
6 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən şirkətimizə “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpasını” həyata keçirməsinə icazə verən 091498 nömrəli lisenziya verilmişdir.